Çində güclü tayfunla bağlı 420 mindən çox insan təxliyə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin şərq sahillərinə yaxınlaşan güclü "Delfin" tayfunu ilə əlaqədar 420 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olaraq təxliyə olunub. Şanxayda isə sahilyanı ərazilərdən 30 mindən çox insan təhlükəsiz yerlərə yerləşdirilib.
Çin Meteorologiya İdarəsi avqustun 8-də tayfunla bağlı təhlükə səviyyəsini dördüncü pillədən üçüncü pilləyə yüksəldib. Ölkədə fövqəladə hallara reaksiya sistemi dörd səviyyədən ibarətdir və birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Məlumata görə, "Delfin" tayfununda küləyin sürəti saniyədə 40 metrdən artıqdır. Güclü təbiət hadisəsinin avqustun 9-dan 10-na keçən gecə Çinin şərq sahillərinə çatacağı gözlənilir.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...