Çin peyk internetini bloklamağı öyrənib
Çində peyk internetinin məhv edilməsi ilə bağlı yeni texnologiya uğurla test edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Eksperiment Zhejianq Universiteti və Pekin Texnologiya İnstitutunun alimləri tərəfindən aparılıb.
Onlar Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Tayvan ölçüsündə bir ərazidə rəqibin Starlink peyk rabitəsini kəsməli olduğu situasiyanı modelləşdiriblər. Mütəxəssislərə interneti bloklamaq mümkün olub, lakin bunun üçün çox sayda avadanlıq tələb edilib.
Alimlərin sözlərinə görə, Starlink və digər peyk şəbəkələrinin daim dəyişən əhatə xəritəsi onların bloklanmasını çətinləşdirir. Onlar qeyd ediblər ki, effektiv radioelektron mübarizə (REM) sistemi yalnız təqribən 2000 pilotsuz uçuş aparatından istifadə edilməklə qurula bilər.
"Səmada yüzlərlə və ya minlərlə kiçik sinxronlaşdırılmış siqnal söndürücüləri - dronlarda, hava şarlarında və ya təyyarələrdə yerləşdirilməlidir", -deyə tədqiqatçılar bildiriblər. Onların sözlərinə görə, bu üsulla düşmən ərazisi üzərində elektromaqnit "qalxanı" yaratmaq mümkündür.
Materialda qeyd olunur ki, ideal şəraitdə Tayvan üzərində peyk internetinin tamamilə bloklanması üçün 935 ədəd koordinasiya olunmuş qurğu kifayətdir. Əgər daha ucuz avadanlıqdan istifadə olunarsa, bu say 2000 drona qədər artır.
Oxşar xəbərlər
Qonşu ölkədə hava kirliliyi və qrip səbəbindən təhsil distant keçiriləcək
İranda hava kirliliyi və qrip (İnfluenza) epidemiyası səbəbindən 18 vilayətdə orta və ali təhsil müəssisələrində təhsil distant həyata keçirilir. BAKU.WS Farhik...