Çin internet şəbəkəsini genişləndirir: yeni peyklər orbitə buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Çin aşağı Yer orbitində fəaliyyət göstərəcək yeni peyk qrupunu uğurla kosmosa göndərib.
BAKU.WS "Sinxua" agentliyinin məlumatına istinadən xəbər verir ki, peyklər Çinin cənubundakı Haynan adasında yerləşən Kommersiya Kosmik Buraxılış Mərkəzindən "Long March-12" daşıyıcı raketi ilə orbitə çıxarılıb.
Buraxılış Pekin vaxtı ilə saat 12:10-da həyata keçirilib. Peyklər müəyyən edilmiş orbitlərə uğurla yerləşdirilib.
Bildirilib ki, bu, Çinin aşağı Yer orbitində internet şəbəkəsinin qurulması üçün kosmosa göndərdiyi peyklərin 24-cü qrupudur.
Yeni peyklərin orbitə çıxarılması Çinin aşağı orbitli peyk internet şəbəkəsini genişləndirmək istiqamətində həyata keçirdiyi layihənin növbəti mərhələsi hesab olunur.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...