Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, Təhlükəsizlik Şurasının 11 üzvü qətnamənin qəbul edilməsinə, Rusiya və Çin əleyhinə səs verib, Pakistan və Kolumbiya isə bitərəf qalıb. Bununla əlaqədar olaraq qətnamə qəbul edilməyib.
Xatırladaq ki, Fars körfəzi ərəb dövlətləri adından qətnamə layihəsinin təşəbbüskarı qismində Bəhreyn - Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri çıxış edib. Sənədi regionun digər ölkələri və ABŞ fəal şəkildə dəstəkləyib.
Qətnamə BMT-yə üzv dövlətlərə kommersiya gəmiçiliyinin qorunması və Hörmüz boğazında və onun ətrafında tankerlərin hərəkətinin bərpası üçün bütün zəruri vasitələri (o cümlədən müdafiə xarakterli hərbi qüvvəni) tətbiq etmək səlahiyyəti verməli idi. Qüvvədə olma müddəti - ən azı altı ay və ya Təhlükəsizlik Şurasının ayrıca qərarına qədər.
Oxşar xəbərlər
Küveytin İraqı atəşə tutması nəticəsində üç nəfər ölüb
Küveyt tərəfindən Bəsrə (İraq) yaxınlığında yaşayış binasının raket atəşinə tutulması nəticəsində ən azı üç nəfər həlak olub və beş nəfər yaralanıb. BAKU.WS "Re...