Çin avtomobilləri Rusiyada getdikcə daha çox yığılır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yığılan Çin avtomobillərinin payı sürətlə artır və artıq bu brendlərin ümumi satışlarının yarısına yaxınlaşıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Gazprombank Avtolizing" şirkəti məlumat yayıb.
Məlumata görə, oktyabr ayında Rusiyada 34 500 Çin avtomobili yığılıb ki, bu da Çin markalarının ölkədə satılan bütün avtomobillərinin 43 faizinə bərabərdir. Müqayisə üçün, bir il əvvəl bu göstərici təxminən iki dəfə az idi.
Aparıcı brendlər Rusiya bazarında lokallaşmanı sürətləndirirlər. Məsələn, oktyabr ayında satılan "Haval" avtomobillərinin 93 faizi, "Chery" markalı avtomobillərin isə 63 faizi Rusiyada yığılmışdır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...