Çin Avropa İttifaqını bu yolla cəzalandıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Çin hökuməti Avropa brendilərinə 30,6-39% həcmində rüsumlar tətbiq edib.
BAKU.WS "ABC News"a istinadən xəbər verir ki, bu qərar Avropa İttifaqının Çindən idxal edilən elektromobillərə rüsumlar tətbiq etməsinə Pekinin cavabı olub.
Brendlər üçün rüsumlar müvəqqətidir. Artıq 11 oktyabrdan etibarən idxalçılar Çin gömrük xidmətinə rüsum məbləğində depozit yatırmağa borcludurlar.
Məlum qərar həmçinin Avropa İttifaqı və Çin arasında elektromobillərə qoyulan rüsumların azaldılması və ya ləğvi ilə bağlı baş tutacaq danışıqlara təsir məqsədi daşıyır.
Qeyd edək ki, 31 oktyabrdan etibarən növbəti beş il ərzində Çindən idxal edilən elektromobillərə tətbiq olunan tariflərin 45%-ə qədər artırılacaq. Avropa Komissiyası bu rüsumların bazarda ədalətli rəqabət üçün zəruri olduğunu hesab edir.
Bundan əvvəl Macarıstan bəyan etmişdi ki, Avropa İttifaqı Çinlə iqtisadi soyuq müharibəyə doğru gedir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...