Cici Hadid və Bredli Kuperin toy xəbəri yayıldı - Eyni üzüklə görüntüləniblər
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur model Cici Hadid və Hollivud ulduzu Bredli Kuper Parisdə birlikdə görüntülənərək evlilik şayiələrini yenidən gündəmə gətiriblər.
BAKU.WS xəbər verir ki, cütlük şəhər gəzintisi zamanı sol əllərinin adsız barmağında eyni üzüklərlə kameralara tuş gəlib. Daha sonra onlar idman zalından çıxarkən əl-ələ görüntülənib, axşam isə Parisin məşhur Loulou restoranına birlikdə yollanıblar.
Cici Hadid və Bredli Kuper hələlik münasibətlərini rəsmiləşdirdikləri barədə açıqlama verməyiblər. Lakin xarici KİV-in yaydığı məlumata görə, aktyor sevgilisinə ötən ilin sonunda evlilik təklifi edib.
Xatırladaq ki, Cici Hadid və Bredli Kuper 2023-cü ildən münasibətdədir. Bir il əvvəl onların yaxın zamanda ailə qurmağa hazırlaşdıqları barədə xəbərlər yayılmışdı. Bu ilin iyun ayında isə modelin üzərində Bredli Kuperin baş hərflərinin həkk olunduğu kulon gəzdirməsi də diqqət çəkmiş və nişan iddialarını daha da gücləndirmişdi.
Rəsmi təsdiq olmasa da, cütlüyün eyni üzüklərlə ictimaiyyət qarşısına çıxması onların gizli şəkildə evləndiyi və ya toy hazırlığında olduğu barədə müzakirələri yenidən alovlandırıb.
Oxşar xəbərlər
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam ş...