Cici Hadid və Bredli Kuper gizli evləniblər? - Yeni iddia yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur model Cici Hadid və Hollivud aktyoru Bredli Kuperin gizli nikah bağladıqları iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" nəşri cütlüyün yaxın çevrəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, cütlük ötən ay Nyu-Yorkda gizli şəkildə evlənib. İddiaları gücləndirən məqamlardan biri də ötən həftə Nyu-Yorkda təşkil olunan qapalı ziyafət olub. Bildirilir ki, tədbirin onların evliliyi münasibətilə keçirildiyi ehtimal edilir.
Bundan əlavə, Cici Hadid və Bredli Kuperin son günlər Parisdə gəzinti zamanı adsız barmaqlarında nişan üzüklərinə bənzər üzüklərlə görüntülənməsi də evlilik şayiələrini daha da artırıb.
Bununla belə, nə model, nə də aktyor yayılan xəbərlərlə bağlı rəsmi açıqlama verməyib. Buna görə də onların evləndiyi barədə məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, cütlük bir müddətdir münasibətdədir və şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verir.
Oxşar xəbərlər
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam ş...