Cənubi Koreyada it ətinin əvəzinə bu YEYİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyada it ətinin istehsalı və satışına qoyulacaq qadağa fonunda bu məhsula alternativ kimi keçi əti ön plana çıxır.
BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti yerli sakinlərdən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, keçi əti dad baxımından it ətinə ən yaxın məhsullardan hesab olunur. O bildirib ki, xarakterik qoxunun aradan qaldırılması üçün bişirmə zamanı müxtəlif ədviyyatlardan istifadə edilir.
Qeyd olunub ki, ölkə artıq it ətindən sonrakı dövrə hazırlaşır. Bu çərçivədə Cənubi Koreyada qara keçi yetişdirən təsərrüfatların sayı artmaqdadır.
Xatırladaq ki, Cənubi Koreya parlamenti itlərin qida məqsədilə yetişdirilməsi və satışını qadağan edən qanunu qəbul edib. Qanun 2027-ci ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra qadağanı pozan şəxsləri üç ilədək həbs və ya 30 milyon vona qədər cərimə gözləyir.
Rəsmi statistikaya əsasən, ölkədə hazırda minlərlə it ferması, ət emalı müəssisəsi və it əti təqdim edən restoran fəaliyyət göstərir. Bu məhsul uzun illər Koreya mətbəxinin bir hissəsi hesab olunub.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...