Cənubi Afrikada qızıl mədənindən 60 cəsəd çıxarıldı

Cənubi Afrikada qızıl mədənindən 60 cəsəd çıxarıldı
Dünya 117

Cənubi Afrikada qanunsuz mədənçiliklə mübarizə çərçivəsində Stilfontein qəsəbəsindəki qızıl mədənində aparılan əməliyyat zamanı 60 mədənçinin cəsədi aşkar edilib.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, Johannesburqdan təxminən 150 kilometr məsafədə yerləşən Stilfontein qəsəbəsi keçən ilin avqust ayında qanunsuz mədənçiliklə mübarizə məqsədilə nəzarətə alınmışdı. Bu müddət ərzində mədəndəki işçilərin yer üzünə çıxması üçün qida və su təminatı dayandırılmışdı. Cənubi Afrika rəsmiləri metal qəfəs vasitəsilə işçiləri mədənlərdən çıxarmaq üçün əməliyyata başlayıblar. Günlərlə davam edəcəyi gözlənilən əməliyyatda ötən gecə 51, ondan əvvəlki gün isə 9 nəfərin cəsədi aşkarlanıb.

Cənubi Afrika Polis Naziri Senzo Mçunu bildirib ki, mədəndə nə qədər insanın qaldığı hələ məlum deyil. "Biz onları xilas etməyə və çıxmalarına kömək etməyə diqqət yetiririk" deyə o qeyd edib. Mədənçilərin nə vaxt tamamilə çıxarılacağı ilə bağlı konkret vaxt deməyin mümkün olmadığını vurğulayan Mçunu əlavə edib: "Yeraltına gedən mədənçiləri heç kim saymırdı."

Əməliyyat çərçivəsində mədən quyusundan çıxarılan 106 nəfər qanunsuz mədənçilik ittihamı ilə həbs edilib.

Qeyd edək ki, Cənubi Afrika dövləti və sektor qanunsuz mədənçilik səbəbindən hər il yüz milyonlarla dollar itirir, bu itkilər satış, vergi və royalti daxilolmalarına təsir göstərir.

Son xəbərlər