Bu ölkədə yaşayanlara 3 gün vaxt verildi - Təcili su, dərman, qida tədarük edilsin

Bu ölkədə yaşayanlara 3 gün vaxt verildi - Təcili su, dərman, qida tədarük edilsin
Dünya 719

Polşa rəsmiləri vətəndaşlarını üç gün ərzində həyat üçün lazım olan hər şeyin təcili tədarük edilməsinə çağırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Veslav Lesnikeviç açıqlama verib:

"Polşalılar su, dərman, gigiyena məhsulları, qida və avtonom işıqlandırma, o cümlədən şarjlı enerji bankları ehtiyatı saxlamalıdırlar".

Daxili işlər nazirinin müavini həmçinin vətəndaşlardan mesajların qəbulu üçün tranzistorlu radiostansiyaların hazırlanmasını xahiş edib.

Lesnikeviç əlavə edib ki, hərbi münaqişə və ya təbii fəlakət zamanı əhaliyə 16 min könüllü yerli yanğınsöndürmə briqadası və dövlət yanğınsöndürmə xidmətinin 5 min xilasetmə dəstəsi kömək edəcək.

Məqalədə vurğulanır ki, ötən il aparılan inventarizasiyadan sonra Polşada mövcud bomba sığınacaqları və sığınacaqlarının ümumi sayı 300 mini keçib. Onlar eyni vaxtda 1,1 milyon insanı qəbul edə bilir.

Son xəbərlər