Bu ölkədə koronavirus peyvəndlərinin 17 milyon dozası məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniya hakimiyyəti 17 milyon müddəti bitmiş COVID-19 peyvəndi dozasını məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli "G4Media" portalı məlumat yayıb.
Məlumata görə, pandemiyadan sonra əhali peyvəndlənməyə az maraq göstərib və nəticədə peyvəndlərin istifadə müddəti keçib.
Qeyd olunur ki, hazırda Rumıniyadakı aptek və tibb müəssisələrində koronavirus peyvəndi qalmayıb.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, mütəmadi olaraq peyvənd olunmaq istəyən insanlar üçün preparatların əldə edilməsi məqsədilə peyvənd istehsalçıları ilə danışıqlar aparılır.
Buna qədər KİV-lər dünyada COVID-19 qədər təhlükəli yeni respirator virusun yayıldığı barədə məlumat vermişdi.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...