Bu ölkə MDB-dən çıxacaq
Moldova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyün əsasını təşkil edən əsas sazişlərin denonsasiya edilməsindən sonra təşkilatın tərkibindən çıxacaq.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixail Popşoy TASS agentliyinə açıqlamasında bildirib.
"Moldova MDB-də üzvlüyümüzün əsasını təşkil edən üç əsas sazişin - MDB-nin Nizamnaməsinin, MDB-nin yaradılması haqqında Sazişin və ona dair müvafiq əlavənin denonsasiyası proseduruna başlayıb.
Bu sənədlərin rəsmi qaydada ləğvindən sonra ölkəmiz hüquqi baxımdan MDB-nin üzvü olmayacaq. Halbuki faktiki olaraq təşkilatda iştirakımız daha əvvəl dayandırılmışdı", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Piratlar Yəmən və Somali sahillərində iki gəmini ələ keçirib
Yəmən və Somali sahillərində iki gəmi dəniz quldurlarının hücumuna məruz qalaraq ələ keçirilib. Gəmilərdə ümumilikdə 30 dənizçinin olduğu, onlardan 22-nin Hindi...