Bu gün güclü maqnit qasırğası olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Son sutka ərzində Günəşdə C sinifli beş alışma baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, belə alışmaların Yerə güclü təsiri yoxdur.
Bu gün geomaqnit sahəsi sakit səviyyədədir.
• Kiçik geomaqnit qasırğası ehtimalı - 5%,
• Böyük geomaqnit qasırğası ehtimalı - 1%,
• Günəşdə M sinifli alışma ehtimalı - 30%,
• Günəşdə X sinifli alışma ehtimalı isə 5% təşkil edir.
Hazırda Günəşdə müşahidə olunan ləkələrin ümumi sayı 31-dir. Bu göstəricilər Günəş aktivliyinin nisbətən sabit olduğunu göstərir.
Maqnit qasırğalarının sağlamlığa təsiri: Nə etməli?
Maqnit qasırğaları müəyyən hallarda insanların sağlamlığına təsir göstərə bilər. Bu təsiri minimuma endirmək üçün mütəxəssislər aşağıdakı tövsiyələri təqdim edir:
• Stressdən uzaq olun və emosional balansınızı qoruyun;
• Daha çox açıq havada vaxt keçirin;
• Kofe və enerji içkilərindən imtina edin, onları bitki çayı ilə əvəz edin;
• Qızardılmış və ədviyyatlı qidalardan uzaq olun, daha çox mövsümi meyvə və tərəvəzlərə üstünlük verin;
• Yatmazdan əvvəl kontrastlı duş qəbul edin.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...