Bu fermada yetişdirilən donuzların böyrəkləri insanlara köçürülür

Bu fermada yetişdirilən donuzların böyrəkləri insanlara köçürülür
Video
Dünya 326

Virciniya ştatında fermalardan birində böyrək transplantasiyası üçün donuzlar yetişdirilir.

BAKU.WS xəbər verir ki, biotexnologiya şirkəti "Revivicor"un tədqiqatçıları kritik böyrək çatışmazlığı yaşanan zaman bu donuzların böyrəyindən istifadə edirlər.

Fermanın minlərlə xəstəyə şəfa olacağı qeyd edilib.

Bir müddət əvvəl Touana Luni adlı xəstəyə donuz böyrəyi köçürülüb.

Biotexnologiya şirkəti "Revivicor"un rəhbəri Devid Eyers hazırda həyəcanlı dövrdən keçdiklərini vurğulayıb.

Bu donuzların genetikası illərlə davam edən tədqiqatlar və milyonlarla dollar sərmayədən sonra ərsəyə gəlib.

100 000-dən çox insanın donor gözlədiyi siyahıda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayının daha çox olduğu bildirilib.

⁣Hər il minlərlə insan bu orqan çatışmazlığından vəfat edir.

ABŞ cərrahları 2021-ci ildən etibarən, biotexnologiya şirkəti "Revivicor" tərəfindən tədarük edilən, genetik olaraq dəyişdirilmiş donuz böyrəkləri və ürəklərini insanlara köçürürlər.

Şirkət 2029-cu ilə qədər genetik cəhətdən dəyişdirilmiş donuzların geniş miqyasda istehsalını hədəfləyir.

Bir donuz böyrəyinin təxminən 1 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

Son xəbərlər