Bu bürclərdən olanlar MƏKTƏB HƏYATINDA DAHA UĞURLU OLURLAR

Çalışqan və uğurlu şagirdlər çox vaxt öz zəhmətkeşliyi ilə diqqəti cəlb edir. Sürətli öyrənmə və qavrama qabiliyyəti yüksək olan bu şagirdlər həm də praktik zəkaları ilə seçilirlər. Bəs görəsən hansı bürcdən olan şagirdlər məktəbdə daha çoz uğurlu olur?
BAKU.WS xarici KİV-ə istinadən məktəbdə ən uğurlu olan bürclərin siyahısını təqdim edir:
Şir bürcü
Bu bürcdən oalnlar zəhmətkeş olurlar. Xüsusilə akademik həyatlarında yeni şeyləri öyrənmək və özlərini təkmilləşdirmək onlar üçün çox vacibdir. Heç bir halda dərsdən geri qalmaq istəmirlər. Onlar həmişə ən yaxşı olmaq üçün yorulmadan çalışırlar. Bütün nəzərlərin onlarda olmasını sevdikləri üçün müəllimlərinin verdiyi hər suala cavab verməyə çalışırlar. Onların bu zəkası onları addım-addım uğura aparır.
Məktəbdə də özünə həddən artıq güvənən Şir bürcü, pis qiymət almağı qeyri-mümkün hesab edir.
Əkizlər bürcü
Gündəlik adi həyat, məktəb həyatı və gündəlik dərslər Əkizlərin çox yönlülüyünə heç vaxt təsir etmir. Onların üçün özünüifadə çox vacibdir. Bunun üçün də sərt qaydaların tətbiq olunduğu və sorğu-sualın az olduğu sistemdənsə, onların fikirlərini sərbəst ifadə edə bildiyi daha rahat, çevik təhsil sistemi onları daha çox xoşbəxt edir.
Əqrəb bürcü
Həyəcanlı və ağıllı Əqrəblər müəllimləri ilə dostluq və qarşılıqlı münasibətlərdə strateji mövqey seçirlər. Onlar öz maraqlarını yaxşı bilən və diqqəti cəlb etməyi bacaran şagird olurlar. Sevdiklərinə həddən artıq sahib çıxan Əqrəblər məktəb yoldaşları ilə sıx əlaqələr qura və onlara qarşı həddindən artıq qoruyucu ola bilərlər. Əqrəblərin akademik həyatlarında ən böyük sərvəti strategiyaları inkişaf etdirmək və əlverişsiz vəziyyətləri öz xeyrinə çevirmək bacarığıdır. Onlar erkən yaşlarından prosesləri idarə etmək sənətinə yiyələnirlər.
Qız bürcü
Qız bürcləri məhsuldar təbiəti ilə seçilir. Onlar tədris boyunca hər şeyi çox asanlıqla öyrənirlər. Qız bürcü nəinki ev tapşırıqlarını yerinə yetirir, hətta təfərrüatları da öyrənərək təhvil verir. Onlar imtahanlar üçün mütəmadi olaraq oxuyurlar. Məktəbdə müvəffəqiyyət qazanırlar və digər öhdəliklərini yerinə yetirirlər. Həmişə özləri ilə rəqabət aparırlar.
Oğlaq bürcü
Oğlaqlar astrologiyada ən qətiyyətli bürclərdəndir. Onların həmişə parlaq akademik karyerası olur. Məktəb rəhbərliyinin qaydalarına ciddi əməl edirlər. İntizamlı və ölçülü davranışları ilə müəllimlərin diqqətini çəkirlər. Oğlaqlar inzibati bacarıqlara malikdirlər və sinif rəhbəri kimi vəzifələri uğurla yerinə yetirirlər. Gələcəklərinin təhsildən asılı olduğuna inanırlar. Son dərəcə iddialı olduqları üçün yaxşı qiymətlər qazanmaq üçün sosial həyatlarını demək olar ki, tamamilə təxirə sala bilərlər.
Qoç bürcü
Qoçlar ambisiyaları ilə diqqət çəkirlər. Uğur qazanmaq üçün yorulmadan çalışa bilərlər. Rəqabətli təbiəti onları uğura sövq edir. Onlar öz sinfində zəhmətkeş şagirdlərdən geri qalmağa dözə bilmirlər. Qoç hər mövzuda iddialıdır. Onlar təşəbbüskardırlar və hər zaman təhsillərinə yüksək maraq göstərirlər. İbtidai məktəb illərində daha çox iddialı olurlar. Onlar başa düşürlər ki, yaxşı karyera əldə etmək onların təhsil və təlimlərində ən yaxşı nailiyyətləri əldə etməyi tələb edir.

Oxşar xəbərlər
Qəza zamanı bu yastıqlı təyyarələrdə sağ qalma ehtimalı yüksəkdir
Son zamanlar ard-arda yaşanan təyyarə qəzalarından sonra gənc mühəndislər yeni təklif irəli sürüblər. BAKU.WS xəbər verir ki, günbəgün müasirləşən dünyada artıq...
