Britaniya xəstəxanasında 20 yaşlı oğlan lomla beş nəfəri yaralayıb

Britaniya xəstəxanasında 20 yaşlı oğlan lomla beş nəfəri yaralayıb
Dünya 31

İngiltərənin şimal-qərbindəki xəstəxananın qəbul şöbəsində lomla silahlanmış kişinin insanlara hücum etməsi nəticəsində beş nəfər yaralanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Mersisayd qraflığı polisinin açıqlamasında bildirilir.

Hadisə Nyuton-le-Uillouz şəhərində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 20 yaşlı kişi xəstəxanaya gedib, lakin onun həkimin qəbuluna düşməsinə icazə verilməyib. Ondan əsəbi vəziyyətinə görə xəstəxananı tərk etməsi xahiş edildikdə həmin şəxs qəbul masasında dağıntılar törədib və yaxınlıqdakı insanlara hücum edib.

"Əslən Əfqanıstandan olan kişi insanlara ağır xəsarət yetirmək, davada iştirak və vandalizm ittihamları ilə həbs edilib. O, Mersisaydın polis bölməsinə aparılıb, həbsdədir", - polisin açıqlamasında bildirilir.

Yaralılara xəstəxanada tibbi yardım göstərilir; həyatları üçün təhlükə yoxdur.

Son xəbərlər