Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə
Britaniyada maliyyə çatışmazlığı səbəbindən ordunun genişmiqyaslı hərbi təlimlərinin bir hissəsi dayandırılıb.
BAKU.WS xəbər verir ki, 90 və daha çox hərbçinin iştirak etdiyi təlimlər ləğv edilib. Uelsdə tank və döyüş helikopterlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan 6 həftəlik böyük hərbi təlim də təxirə salınıb.
Yalnız xaricdə xidmətə göndəriləcək və ya ölkə daxilində fövqəladə vəziyyətə hazır vəziyyətdə saxlanılan bölmələr genişmiqyaslı təlimləri davam etdirəcək.
Qərar Britaniyada ciddi tənqidlərə səbəb olub. Müharibə veteranı Castin Makkeyevski bunun 1945-ci ildən, yəni İkinci Dünya müharibəsinin başa çatmasından bəri görünməmiş hal olduğunu bildirib.
Maliyyə probleminin Rusiyadan gələn təhlükənin artdığı bir dövrdə yaşanması ölkənin müdafiə hazırlığı ilə bağlı narahatlıqları artırıb.
Oxşar xəbərlər
Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir
Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisində itkin düşən 16 nəfərin axtarışı davam etdirilir. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Mü...