Britaniya diplomatik missiya əməkdaşlarını İrandan geri çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya hökuməti İrandakı diplomatik missiyalarının əməkdaşlarını geri çağırmaq barədə sərəncam verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında dərc olunub.
Məlumatda bildirilib ki, bu müvəqqəti ehtiyat tədbiridir və təhlükəsizlik məqsədilə qəbul edilib.
"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar biz preventiv tədbir gördük və britaniyalı əməkdaşları İrandan müvəqqəti geri çağırdıq", - məlumatda qeyd olunub.
Bu gün daha əvvəl ABŞ Dövlət Departamenti İsraildəki diplomatik missiyasının fövqəladə məsələlərə cəlb olunmayan əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etməyə icazə verib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...