BRICS zirvə toplantısı Brazilyada 6-7 iyul tarixlərində keçiriləcək

Brazilyanın Rio de Janeiro şəhərində 6-7 iyul tarixlərində keçiriləcək BRICS liderlərin zirvə toplantısı dövlət və hökumət başçılarını bir araya gətirəcək. Zirvə toplantısı inkişaf və əməkdaşlıq mövzularında mühüm qərarların veriləcəyi bir platform olacaq.
1 yanvarda BRICS dövrü sədrliyini öz üzərinə götürən Braziliya dövlət və hökumət başçılarının bir araya gələcəyi zirvənin gündəmini və mövzu başlıqlarını hazırlamaq üçün işçi qruplarına rəhbərlik edir.
Braziliya Xarici İşlər Naziri Mauro Vieira şəhər meriyası ilə görüşündən sonra bu elanı verib.
Qeyd edək ki, şəhər keçən noyabr ayında G20 Liderlər Zirvəsinə uğurla ev sahibliyi etmişdi.
Vieira "BRICS-in tam üzvü və tərəfdaşı olan 20 ölkənin dövlət başçılarını qəbul edəcəyik və inkişaf, əməkdaşlıq, həyat şəraitinin yaxşılaşdırılması məsələlərində mühüm qərarlar qəbul ediləcək. Rio de Janeiro bir daha böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək" deyib.
Oxşar xəbərlər
Pakistan Hindistan aerodromunun məhv edildiyini açıqlayıb
Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr Xidməti Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala şəhərində aerodromun məhv edildiyini açıq...
