Braziliyada avtobus qəzası: 16 nəfər ölüb, 44 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyanın şimal-şərqində yerləşən Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər həyatını itirib, 44 nəfər isə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, Seara ştatından qayıdan avtobus San-Joze-di-Tapera qəsəbəsi ərazisində AL-220 avtomobil yolunda qəzaya uğrayıb. Hadisə zamanı ölənlər arasında 4 uşaq da var.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.
Qeyd olunub ki, avtobus Seara ştatında keçirilən "Kandelariya Müqəddəs Məryəm" adlı dini mərasimdən qayıdan zəvvarları daşıyırmış.
Alaqoas ştatının qubernatoru Paulo Dantas hadisə ilə əlaqədar bölgədə 3 günlük rəsmi matəm elan edildiyini açıqlayıb.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...