Böyük Britaniyada dizel satışı məhdudlaşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə artan gərginlik fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə dizel yanacağının satışı məhdudlaşdırılıb.
BAKU.WS "The Telegraph"a istinadən xəbər verir ki, artıq Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçıları yanacaq satışında rasionlaşdırma tətbiq edir.
Bildirilib ki, təchizatçılar mövcud ehtiyatları daha çox müştəri arasında bölüşdürmək üçün sifariş həcmlərini azaltmağa məcbur qalıblar.
"Anglia Farmers" şirkətinin sözçüsü Patrik Krehan da vəziyyəti təsdiqləyib. O qeyd edib ki, əvvəl bir fermerə 10 ton yanacaq verildiyi halda, indi eyni həcm bir neçə fermer arasında bölünür.
Onun sözlərinə görə, məqsəd mövcud tələbatı mümkün qədər geniş şəkildə qarşılamaqdır.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...