Böyük Britaniya "Lukoyl" üçün sanksiyaları müvəqqəti ləğv edib
Böyük Britaniya "Lukoyl" şirkətinin beynəlxalq aktivlərinə tətbiq edilmiş sanksiyaları 26 fevral 2026-cı ilədək müvəqqəti ləğv edib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Nazirlik bildirib ki, ümumi lisenziya çərçivəsində "Lukoil International" və onun törəmə şirkətlərindən ödənişləri qəbul etmək və həyata keçirmək icazəsi verilir. Qərar həm mövcud, həm də yeni sazişlərə şamil olunur. Lisenziya 27 noyabr 2025-ci ildən 26 fevral 2026-cı ilədək qüvvədə olacaq.
"Lisenziya "Lukoil International" şirkətləri ilə işgüzar əməliyyatların davam etdirilməsinə imkan verir",- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Böyük Britaniya oktyabr ayında "Lukoyl"a qarşı sanksiyalar tətbiq etmişdi. Həmin məhdudiyyətlərə Rusiya Milli Ödəniş Kart Sistemi, Rusiya ilə əlaqəli 51 gəmi, "Transstroibank", "Primsoçbank" və "BBR Bank" da daxil edilmişdi.
Sentyabr ayında Britaniya Rusiyaya qarşı sanksiya paketini genişləndirmişdi. Məhdudiyyətlər Honq Konq, Tayland, Hindistan və Türkiyədə yerləşən firmalara da şamil edilmişdi: "Jin Tang Technology", "Shenzhen Blue Hat International", "Scorpion's Holding Group" (Çin), "Phaeton Group", "Soguzo, Tecgr" (Tayland), "Hayers Infotech" (Hindistan) və "Mastel Makina" (Türkiyə).
Oxşar xəbərlər
Putin: Ukrayna qoşunları tutduqları ərazilərdən çıxacaqsa, döyüş əməliyyatları da dayanacaq
Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları onun öz qoşunlarını geri çəkəcəyi halda dayandıracaq. Bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda KTMT sammit...