BMT-nin razılığı olmadan yadplanetlilərə cavab vermək qadağan edildi

BMT-nin razılığı olmadan yadplanetlilərə cavab vermək qadağan edildi
Dünya 56

Beynəlxalq Astronavtika Akademiyası (IAA) yadplanetli sivilizasiyalarla mümkün ünsiyyətə dair tövsiyələrini yeniləyib.

BAKU.WS-in məlumatına görə, müvafiq sənəd təşkilatın rəsmi saytında dərc olunub.

Yenilənmiş qaydalara əsasən, alimlərə BMT-nin himayəsi altında beynəlxalq məsləhətləşmələr aparılmadan yadplanetlilərdən gələn siqnallara cavab göndərmək qəti qadağan edilir.

Sənəddə qeyd olunur ki, kosmosdan gələn hər hansı siqnalın həqiqiliyi təsdiqləndikdən sonra astronomlar bu barədə dərhal və şəffaf şəkildə dünya ictimaiyyətini məlumatlandırmalıdırlar.

Akademiya həmçinin potensial texnoloji siqnalların səhv və ya saxta məlumat olmadığını təsdiqləmək üçün onların müxtəlif avadanlıqlarla işləyən bir neçə müstəqil rəsədxana tərəfindən yoxlanılmasını tələb edir.

Rəsmi təsdiq əldə olunana qədər isə bu cür kəşflər və mümkün təmaslarla bağlı məlumatların son dərəcə ehtiyatla yayılması tövsiyə edilir.

Bundan əlavə, IAA bildirib ki, belə hallarda araşdırma aparan alimləri və kəşfin müəlliflərini ictimaiyyətin və medianın mümkün təzyiqlərindən qorumağa çalışacaq.

Qeyd edək ki, yeni qəbul edilən bəyannamə 2010-cu ildən qüvvədə olan əvvəlki qaydaları tamamilə əvəz edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər