İran Livandakı səfirinin  gözünü itirməsi ilə bağlı xəbəri təkzib etdi - YENİLƏNİB

İran Livandakı səfirinin  gözünü itirməsi ilə bağlı xəbəri təkzib etdi - YENİLƏNİB
Dünya 111

"The New York Times" (NYT) qəzetinin Livanda rabitə vasitələrinin partlaması nəticəsində səfir Müctəba Əmaninin görmə qabiliyyətini itirməsi ilə bağlı xəbəri təkzib olunub.

BAKU.WS xəbər verir ki, bu barədə İranın Livandakı səfirliyi məlumat yayıb.

"Biz soydaşlarımıza və media nümayəndələrinə məlumat veririk ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir",-deyə məlumatda qeyd olunur.

***08:42

Livanda partlayan peycerlər "Hizbullah" təşkilatının bu yaxınlarda aldığı cihazların bir hissəsi olub.

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazıb.

Livanın bir sıra bölgələrində, o cümlədən Beyrutun cənub ətraflarında peycerlərin partlaması nəticəsində 11 nəfər həyatını itirib, 3 minə yaxın insan yaralanıb.

"Əl-Cəzirə" Livan təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən xəbər verir ki, İsrail hərbçiləri "Hizbullah"ın istifadə etdiyi peycerləri sındıraraq onların partlamasına səbəb olub.

Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb.

Qeyd edək ki, İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır xəsarət alıb. Onun daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə yaralanıb.

Son xəbərlər