Bəşər Əsədin oğlu MDU-da dissertasiyasını müdafiə edib

Suriya prezidenti Bəşər Əsədin böyük oğlu Hafiz Əsəd Moskva Dövlət Universitetində (MDU) namizədlik dissertasiyasını müdafiə edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, 29 noyabrda Hafiz Əsəd fizika-riyaziyyat elmləri üzrə namizədlik dərəcəsi almaq üçün dissertasiyasını müdafiə edib. 98 səhifədən ibarət olan iş çoxhədli funksiyalar mövzusuna həsr olunub və rus dilində yazılıb.
MDU-nun professoru Vladimir Çubarikovun elmi rəhbərliyi altında hazırlanan iş yüksək qiymətləndirilib. Müdafiə zamanı MDU, Tula Dövlət Universiteti və Tacikistan Elmlər Akademiyasının alimləri Hafiz Əsədə elmi dərəcə verilməsini tövsiyə ediblər.
Qeyd olunur ki, Hafiz Əsəd keçən il MDU-da "Təmiz riyaziyyat" ixtisası üzrə magistratura təhsilini bitirib. Dissertasiya müdafiəsinin baş tutduğu gün prezident Bəşər Əsədin də Moskvada olduğu güman edilir. Bununla belə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Əsədin Moskvaya səfəri ilə bağlı yayılan şayiələri şərh etməyib və bu mövzuda Kreml tərəfindən hər hansı açıqlama verilməyib.

Oxşar xəbərlər
Tbilisidə 14 aksiya iştirakçısı həbs olunublar
Tbilisidə keçirilən etiraz aksiyası zamanı qanun pozuntularına yol verən 14 nəfər 15 sutka müddətinə inzibati qaydada həbs edilib. BAKU.WS xəbər verir ki, Gürcü...
