Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb

Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb
Dünya 8

İran ilə ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılıq əldə olunmayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.

"Amerikalıların dəniz blokadası qanunsuz addım idi. Bu həm atəşkəsin pozulması, həm də beynəlxalq navıqasıya azadlığına maneədir", - Bəqai bildirib.

Onun sözlərinə görə, 47 ildir ki (İran İslam Respublikası yaranandan – red.), heç bir dövlət İrana təzyiq göstərərək istəyinə nail ola bilmir:

"Biz "məcburdur" dili ıli 47 il əvvəl vidalaşmışıq. Qərb ölkələrinin heç biri İran haqqında danışarkən bu dildən istifadə edə bilməz".

"Şübhəsiz ki, İran və Oman elə mexanizmlər qəbul etməlidir ki, həm sahilyanı ölkələr olaraq özlərinin milli maraqları və təhlükəsizliyi qorunsun, həm də beynəlxalq birliyə bu marşrut üzrə gəmiçiliyin təhlükəsiz şəkildə həyata keçirildiyinə dair əminlik verilsin. Bu, aydın və təbii bir məsələdir", - Bəqai bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər