Belarusda prezident seçkiləri baş tutmuş elan edilib

Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünya 192

Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.

"Report" xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

***09:44

Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.

Bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Son xəbərlər