BƏƏ sahillərində gəmi ələ keçirilib və İran istiqamətinə yönləndirilib
Yeniliklərdən dərhal xəbərdar olun
BƏƏ sahillərində lövbərdə dayanan gəmi naməlum şəxslər tərəfindən ələ keçirilib və İranın ərazi sularına doğru yönləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərinin şimal-şərqində, təxminən 38 dəniz mili məsafədə qeydə alınıb. Bildirilib ki, gəmi lövbərdə olarkən kənar şəxslər tərəfindən ələ keçirilib və hazırda İran istiqamətində hərəkət edir.
Hadisənin detalları və gəminin kimə məxsus olması ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...