BƏƏ İranın göndərdiyi iki PUA-nın məhv edildiyini açıqladı
Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən göndərilən iki pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Məlumatda vurğulanıb ki, İranla bağlı gərginliyin başladığı dövrdən bu günə qədər BƏƏ-nin hava müdafiə sistemləri 551 ballistik raket, 29 qanadlı raket və 2265 pilotsuz uçuş aparatının qarşısını alıb.
Nazirlik ölkənin təhlükəsizliyinə təhdid yaradan bütün hallara qarşı yüksək hazırlıq vəziyyətinin davam etdiyini bildirib.
Açıqlamada həmçinin qeyd edilib ki, BƏƏ öz suverenliyi, təhlükəsizliyi və sabitliyini qorumaq üçün bütün zəruri addımları atmaqda qərarlıdır.
Oxşar xəbərlər
Hantavirus aşkarlanan kruiz gəmisinin sərnişinləri təxliyə olunur
İspaniyanın Tenerife limanında lövbər salan və göyərtəsində hantavirus halları aşkarlanan MV Hondius kruiz gəmisindəki sərnişinlərin təxliyəsinə başlanılıb. BAK...