Bayden: Los-Ancelesin yenidən qurulması on milyardlarla dollara başa gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Co Bayden Los-Ancelesin kütləvi yanğınlardan zərər çəkmiş ərazilərini bərpa etmək üçün Konqresdən on milyardlarla dollar istəmək niyyətində olduğunu açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu federal rəsmilərlə keçirdiyi brifinqdə deyib.
"Los-Ancelesi əvvəlki vəziyyətinə qaytarmaq üçün on milyardlarla dollar lazımdır. Konqres hərəkətə keçməli və ehtiyyaclar üçün maliyyə vəsaiti ayırmalıdır", - Bayden söyləyib.
Son məlumata görə, bu yanğınlar nəticəsində artıq 24 nəfər həlak olub. Yanvarın 10-da "AccuWeather" meteoroloji xidmətinin nümayəndəsi Bill Veydel bildirib ki, Kaliforniyada yanğınların vurduğu ziyan 135-150 milyard dollara çatıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...