Banqladeşdə qızılca səbəbindən 194 uşaq ölüb
Banqladeşdə ötən ay başlamış qızılca epidemiyası səbəbindən 194 uşaq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.
İlkin məlumatlara görə, uşaqlar arasında xəstəliyə yoluxma hallarının sayı 28 mini ötüb.
Qeyd olunub ki, son bir həftə ərzində hər gün 3-5 uşaq ölüb. Çərşənbə günü beş, cümə axşamı isə daha beş ölüm halı qeydə alınıb.
Hakimiyyət orqanları bildiriblər ki, epidemiyanın başladığı vaxtdan - martın 15-dən genişmiqyaslı peyvəndləmə kampaniyasına başlanılıb. Bu, son onilliklərin ən böyük kampaniyasıdır.
Səhiyyə sisteminin nümayəndəsi Zahid Rayhanın sözlərinə görə, ümumilikdə 18 milyon uşağın peyvənd edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Bəqai İran hökuməti ilə bağlı Trampın dediklərini təkzib edib
İran hökumətində ixtilafların olması barədə iddialar daha çox diqqəti yayındırmaq məqsədi daşıyır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Xarici...