Balidə turistlərlə dolu gəmi batıb - ANBAAN GÖRÜNTÜLƏR

Bali adasında içərisində insanların olduğu turist gəmisi dənizdə batıb.
BAKU.WS xəbər verir ki, hadisə anına dair görüntülər "7news" portalı tərəfindən yayımlanıb.
Bildirilib ki, qəza iyunun 4-də Nusa Lembonqan adasında baş verib.
Sərnişinlər mindikdən sonra gəmi böyük dalğa ilə toqquşub və batmağa başlayıb. Yayımlanan kadrlardan görünür ki, insanlar göyərtəyə qaçaraq qayıqdan suya tullanmaq məcburiyyətində qalıblar.
Qayığın göyərtəsində 77 əcnəbi və 12 İndoneziya vətəndaşı olmaqla 89 sərnişinin olduğu bildirilir. Onların hamısı təxliyə edilib, ciddi xəsarət alan olmayıb. Ehtiyat tədbiri olaraq, dalğıclar batmış gəmiyə və dənizin dibinə baxış keçirib, başqa qurbanların olmadığına bir daha əmin olublar.
Oxşar xəbərlər
Hava limanında mədəsi ağrıyan qadının içindən 74 paket kokain çıxdı
Yaponiyada polis qarın ağrısından şikayət edən qadının içərisində 74 paket kokain tapıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Osaka şəhərinin Kansa...
