Avstriya üç rus diplomatını ölkədən çıxarır
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriya hökuməti üç rus diplomatını "persona non grata" elan edərək ölkədən çıxarmaq qərarı verib. Qərarın səbəbi kimi diplomatik nümayəndəlik binasının damında yerləşdirilmiş çoxsaylı antenlər göstərilir.
BAKU.WS xəbər verir ki, Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger bildirib ki, bu antenlərdən casusluq məqsədilə istifadə oluna biləcəyi ehtimal edilir. O vurğulayıb ki, diplomatik toxunulmazlıq bu cür fəaliyyətlər üçün istifadə edilməməlidir.
Nazirin sözlərinə görə, sözügedən vəziyyətlə əlaqədar üç diplomatın ölkədən çıxarılması qərarı qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Rusiyanın Vyanadakı səfirliyi Avstriyada bəzi ideoloji məsələlərlə bağlı etirazını bildirmişdi.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...