Avstraliya Baş naziri və Donald Trampın oğlunun şəxsi nömrələri internetdə yayılıb

Avstraliya Baş naziri Entoni Albanese və ABŞ sabiq prezidenti Donald Trampın oğlu Donald Tramp Cunyora məxsus şəxsi telefon nömrələri ABŞ-də fəaliyyət göstərən bir internet saytında dərc olunub.
BAKU.WS xəbər verir ki, BBC-nin məlumatına görə, adı açıqlanmayan sayt süni intellekt vasitəsilə internetdən topladığı məlumatları birləşdirərək, tanınmış şəxslərin əlaqə nömrələrini paylaşır.
Albanese-nin ofisi məlumat sızmasından xəbərdar olduqlarını və məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Müxalifət lideri Sussan Ley-in də şəxsi nömrəsinin həmin saytda yer aldığı qeyd olunub.
Məlumata görə, platformada istifadəçilər şəxsi məlumatlara pulsuz çıxış əldə edə bilir və daha geniş məlumat üçün qeydiyyat seçimi təklif olunur. Hazırda saytın fəaliyyəti yerli orqanlar tərəfindən araşdırılır.
Oxşar xəbərlər
Venesuelada qızıl mədəni çöküb: 14 nəfər həlak olub
Venesuelanın El Kallao şəhərində yağan güclü yağışlar nəticəsində qızıl mədəni çöküb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 14 mədənçi...
