Avropa şirkətləri Venesuela neftinin ixracı üçün ABŞ-yə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra aparıcı Avropa enerji şirkətləri Venesueladan neft tədarükünü bərpa etmək məqsədilə ABŞ hökumətinə rəsmi icazə üçün müraciət ediblər.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, bu müraciət edənlər arasında İspaniyanın "Repsol" və Fransanın "Maurel & Prom" şirkətləri də yer alır.
Sözügedən şirkətlər Venesuelanın dövlət neft şirkəti PDVSA ilə əməkdaşlıq edən Avropa tərəfdaşları sırasındadır və xam neftin ölkədən çıxarılmasına yenidən imkan yaradılmasını istəyirlər.
Qeyd edək ki, Tramp administrasiyasının əvvəl verilmiş lisenziyaları dayandırmasından sonra Avropa şirkətləri 2025-ci ilin ikinci rübündən etibarən Venesuela neftini ixrac etmək imkanını itiriblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...