Avropa ölkəsi 12 yeni şəhər tikəcək
Böyük Britaniya hakimiyyəti ölkə boyu 12 yeni nəsil şəhər tikməyi planlaşdırır.
BAKU.WS "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bunu Avropa ölkəsinin baş naziri Key Starmer bildirib.
Baş nazirin sözlərinə görə, belə tikintidən yüz minlərlə işçi və ailə faydalanacaq. Starmerin ofisi layihəni müharibədən sonrakı dövrdən bəri ən böyük mənzil proqramı adlandırıb.
Yeni şəhərlərin tikintisi üçün İngiltərədə 100-dən çox ərazinin nəzərdən keçirildiyi vurğulanır. 12 qəsəbənin hər birində ən azı 10 min yeni ev tikməyi planlaşdırırlar. Tezliklə məntəqələrin yaxınlığında klinikalar, məktəblər və ictimai nəqliyyat mövcud olacaq.
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçiv...