Avropa İttifaqında növbəti sədrlik Danimarkaya keçdi
Avropa İttifaqının (Aİ) növbəti 6 aylıq dövr üçün sədrlik səlahiyyəti dəyişdirildi.
BAKU.WS xəbər verir ki, 2025-ci il yanvarın 1-dən bu günədək Aİ-yə sədrlik edən Polşa bu missiyanı Danimarkaya təhvil verib.
Yeni sədrlik dövründə Danimarkanın əsas diqqəti müdafiə, rəqabət qabiliyyəti, yaşıl keçid, miqrasiya, Aİ-nin genişlənməsi istiqamətinə yönələcək.
Rəsmi Kopenhagen sədrlik devizi kimi bu sloqanı seçib: "Dəyişən dünyada güclü Avropa".
Danimarka Aİ-nin müdafiədə strateji müstəqilliyinə nail olmasına, 2050-ci ilə qədər karbon neytrallığı məqsədinə çatmasına və qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına töhfə verməyə çalışacaq.
Danimarka sədrlik müddətini 2026-cı il yanvarın 1-də Kiprə təhvil verəcək.
Oxşar xəbərlər
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
Türkiyədə kişi arvadını öldürüb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 2...