Avrasiya tunelindən 8 ildə 151 milyon avtomobil keçib
İstanbulun Asiya və Avropa tərəfini birləşdirən Avrasiya Tunelindən son 8 ildə 151 milyon avtomobil keçib.
BAKU.WS xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu tunelin 20 dekabr 2016-cı ildə rəsmi açılışının keçirildiyini bildirib.
O, tunelin 5 kilometr uzunluğunda, iki mərtəbəli sualtı yol tuneli ilə İstanbulun Asiya və Avropa tərəflərini birləşdirdiyini vurğulayıb.
Uraloğlu, tunelin yüksək texnologiya ilə inşa edildiyini, qabaqcıl mühəndislik layihəsi olduğunu və qitələri birləşdirən marşrutu ilə sürətli, qənaətcil olduğunu qeyd edib. Eyni zamanda, tunelin 8 il ərzində Boğaziçi körpüsünün təhlükəsiz və rahat bir nəqliyyat vasitəsi olaraq təmin etdiyini ifadə edib.
Uraloğlu Avrasiya Tunelinin 8 ildə 8,3 milyon istifadəçi tərəfindən 151 milyon keçid həyata keçirdiyini də açıqlayıb. O, tunelin ölkə iqtisadiyyatına 2 milyard dollar töhfə verdiyini, 211 milyon saat vaxtın, 261 min ton yanacağın və 115 min ton tullantının azaldıldığını bildirib.
Əlavə olaraq Avrasiya Tunelinin İstanbulun cənub hissəsi ilə Asiya və Avropa arasındakı nəqliyyat məsafəsini 10 kilometr qısaltdığını və səyahət müddətini 5 dəqiqəyə endirdiyini qeyd edib. 2024-cü il üçün isə tunel istifadəçilərinə səhər saatlarında 36 dəqiqə, axşam saatlarında isə 41 dəqiqə vaxt qənaəti təmin etdiyi vurğulanıb. Bu il Avrasiya Tunelindən istifadə edən nəqliyyat vasitələrinin 90%-i avtomobil, 6%-i mikroavtobus və 4%-i motosiklet olub.
Oxşar xəbərlər
Ukrayna Rılskı raketlə vurdu, ölənlər var
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətinin Rılsk şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər ölüb, 23 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir...