Asiyanın ən yaxşı universitetləri

Asiyanın ən yaxşı universitetləri
Dünya 132

Beynəlxalq ali təhsil reytinq təşkilatı Times Higher Education (THE) tərəfindən hazırlanan 2025-ci il üzrə Asiyanın ən yaxşı universitetləri siyahısında 4 türk universiteti ilk 100-lükdə, 27 universitet isə ilk 500-lükdə yer alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Yüksəköğretim Kurulu (YÖK) məlumat yayıb.

Sıralamaya görə, Orta Doğu Texniki Universiteti (ODTÜ) 72-ci, Sabancı Universiteti 74-cü, Koç Universiteti 79-cu, İstanbul Texniki Universiteti (İTÜ) isə 97-ci pillədə qərarlaşıb. Boğaziçi Universiteti 123-cü, Bilkent Universiteti isə 158-ci yerə layiq görülərək ilk 200-lüyə daxil olub. Ümumilikdə 6 universitet ilk 200-lükdə, 27 universitet isə ilk 500-lükdə yer alıb.

YÖK sədri Erol Özvar bu nəticələrdən məmnun olduqlarını bildirərək qeyd edib ki, Türkiyə universitetlərinin artan beynəlxalq uğurları diqqətçəkicidir:
"Akademik məhsuldarlığa və tədqiqat keyfiyyətinə fokuslanaraq, daha çox universitetin bu cür reytinqlərdə yer alacağına və daha yüksək pillələrə yüksələcəyinə inanırıq."

Reytinq 35 ölkə və bölgədən olan 853 universitetin tədqiqat, tədris, bilik ötürülməsi və beynəlxalq görünürlük sahələrində 18 fərqli meyar üzrə qiymətləndirilməsi ilə hazırlanıb.

Son xəbərlər