Arktikanın "Son Buz Bölgəsi" sürətlə əriyir
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadadakı McGill Universitetinin apardığı araşdırmaya görə, Arktikada ilin bütün fəsillərində buzla örtülü qalacağı düşünülən "Son Buz Bölgəsi" (LIA) gözləniləndən daha tez yox ola bilər.
BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Communications Earth & Environment jurnalında dərc edilib.
Məlumata əsasən, Mərkəzi Arktika Okeanı 2035-ci ilə qədər mövsümi olaraq buzsuz qala bilər və buzların tam əriməsi 6-24 il ərzində baş verə bilər. Əvvəlki tədqiqatlar buzun on illərlə qalacağını göstərsə də, yeni məlumatlar bu müddətin daha qısa ola biləcəyini ortaya qoyur.
Bu proses qütb ayıları, suitilər və digər Arktika canlıları üçün ciddi təhlükə yaradır. Dünyadakı qütb ayılarının dörddə biri məhz bu bölgədə yaşayır. Buzların əriməsi həmçinin yerli icmaların həyat tərzinə və ekoloji tarazlığa təsir göstərə bilər.
Kanada hökuməti bəzi əraziləri qoruq zonası elan etsə də, alimlər qlobal istiləşmənin qarşısını almağın və Arktikanın qorunmasının vacibliyini vurğulayır.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...