Argentinanın sabiq prezidenti ev dustaqlığına qaytarılıb

Argentinanın sabiq prezidenti ev dustaqlığına qaytarılıb
Dünya 69

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner müalicə aldığı xəstəxanadan buraxılaraq korrupsiya işi üzrə cəzasını çəkdiyi mənzilinə geri dönüb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, sabiq dövlət başçısının iki həftə müalicə olunduğu tibb müəssisəsi onun səhhətinin stabilləşdiyini açıqlayıb.

Bildirilib ki, kəskin appendisit səbəbindən xəstəxanaya yerləşdirilən Kirşnerin bundan sonrakı tibbi nəzarəti ev şəraitində şəxsi həkim heyəti tərəfindən aparılacaq.

Xatırladaq ki, Kristina Fernandes de Kirşner 2025-ci il dekabrın 20-də qarın nahiyəsində yaranan ağrılar səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, 2022-ci ilin dekabrında Santa-Krus əyalətində həyata keçirilən infrastruktur layihələri ilə bağlı korrupsiya işi üzrə altı il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər