"Apple" şirkətindən YENİLİK - Ucuz ekranlardan imtina ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Apple" şirkəti öz smartfonlarında tamamilə IPS displeylərdən imtina etməyi planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin əvvəlində şirkət OLED ekranlı "iPhone SE" təqdim edəcək. Beləliklə, korporasiya öz smartfonlarında IPS ekranlardan və ya mayekristal displeylərdən tamamilə imtina edəcək.
Gələcək "iPhone SE" modelinin OLED displey ilə təchiz olunacağı barədə dəfələrlə insayderlər məlumat veriblər. Avqust ayının ortalarında bu məlumatı "Bloomberg" təhlilçisi Mark Gurman da təsdiqləyib.
"Nikkei Asia" mənbələri "Apple" şirkətinin daha ucuz IPS ekranlardan imtina edərək, daha keyfiyyətli və bahalı OLED panellərə keçid etməyi planlaşdırdığını, bunun üçün təchizatçılarla razılaşmalar əldə edildiyini qeyd ediblər.
Tim Kukun rəhbərlik etdiyi korporasiya özünün uzun müddətli tərəfdaşları olan Yaponiyadakı "Japan Display" (JDI) və "Sharp" şirkətləri ilə münasibətlərini tamamilə dayandıracaq. 2015-ci ildə hər iki şirkət Amerika IT nəhənginə 200 milyon IPS paneli təchiz etmişdi.
Öz növbəsində "Apple" yeni "iPhone" modelləri üçün OLED panellərin partiyasını Çinin "BOE Technology Group" və Cənubi Koreyanın "LG Display" şirkətlərindən sifariş edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...