Apple iPhone 19-un buraxılışını ləğv edib

Apple iPhone 19-un buraxılışını ləğv edib
Dünya 104

Amerikanın texnologiya nəhəngi "Apple" 2027-ci ildə "iPhone 19" modelini təqdim etməyəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Cənubi Koreyanın "ETNews" nəşri yayıb.

Nəşrin məlumatına görə, qərar "Omdia" analitiki Xo Mu Yel tərəfindən təsdiqlənib.

O bildirib ki, Apple 2027-ci ildə iPhone seriyasını "19" modeli ilə davam etdirmək əvəzinə, birbaşa "iPhone 20" adı altında yeni nəsil smartfonları təqdim edəcək. Bunun səbəbi həmin ilin ilk iPhone-un buraxılışının 20 illiyi ilə üst-üstə düşməsidir.

"Apple" bu yanaşmadan əvvəllər də istifadə edib. Belə ki, 2017-ci ildə şirkət iPhone-un 10 illiyini qeyd edərkən "iPhone 9" modelini buraxmamış, onun əvəzində eyni ildə həm "iPhone 8", həm də "iPhone X" (10) modellərini təqdim etmişdi.

Apple iPhone 19-un buraxılışını ləğv edib

Ekspertlər hesab edirlər ki, bu addım Apple-ın brend strategiyasının bir hissəsidir. Şirkət yeni mərhələyə keçidi vurğulamaq və məhsul xəttini yubiley ili ilə simvolik şəkildə əlaqələndirmək istəyir. "iPhone 20" adı həm də texnoloji irəliləyişin və yeni dizayn fəlsəfəsinin başlanğıcını ifadə edəcək.

Xatırladaq ki, iPhone 17 Pro Max modelinin təqdimatı ilə "Apple" uzun illər sonra dizaynı yeniləmiş, kameraları əhəmiyyətli dərəcədə təkmilləşdirmiş və yeni nəsil "selfie" kamerası təqdim etmişdi. Həmçinin cihazın batareyası daha uzunömürlü olub, performansı əvvəlki modellərlə müqayisədə xeyli yüksəlib.

Texnoloji analitiklər hesab edirlər ki, "iPhone 20" yubiley modeli kimi tamamilə yeni konseptlə – fərqli dizayn, süni intellekt əsaslı kamera sistemləri, daha güclü A-seriyalı prosessor və innovativ ekran texnologiyası ilə təqdim ediləcək.

Qeyd edək ki, "Apple" bu yaxınlarda yeni iPad modelinin satışını da bir il təxirə salıb. Səbəb kimi planşetin 1,6 kiloqramlıq çəkisi göstərilir – şirkət cihazı daha yüngül və istifadəyə rahat etmək üçün onun konstruksiyasını yenidən işləyir.

Son xəbərlər