Antarktidada tədqiqat bazasında alim həmkarına hücum edib

Cənubi Afrikanın Sanae IV tədqiqat bazasında çalışan alimlər arasında münaqişə düşüb. Britaniyanın The Times qəzeti Cənubi Afrikanın ətraf mühit naziri Dion Corca istinadən bir alimin həmkarına hücum etdiyini yazıb.
BAKU.WS xəbər verir ki, nazirin sözlərinə görə, tədqiqat qrupunun rəhbəri ilə alimlərdən biri arasında mübahisə yaranıb və bu, sonradan fiziki qarşıdurmaya çevrilib.
Corc bildirib ki, Antarktida kimi qapalı və ekstremal şəraitdə gərginlik artdığından belə insidentlər baş verə bilər. Onun sözlərinə görə, bütün tədqiqatçılar ekspedisiyadan əvvəl psixososioloji testlərdən keçirlər.
Hücum edən alimin ən azı on ay da sərt iqlim şəraitində qalacağı bildirilir, çünki hava şəraitinə görə stansiyanı tərk etmək mümkün deyil.
Qeyd edək ki, ötən həftə Sanae IV stansiyasından gələn məktubda həmin alimin komandaya təhlükə yaratdığı və bir tədqiqatçını öldürməklə hədələdiyi barədə məlumat verilmişdi.
Oxşar xəbərlər
Ukrayna Aİ-ni 17-ci anti-Rusiya sanksiyalar paketinə nüvə enerjisini daxil etməyə çağırıb
Ukrayna Avropa İttifaqından (Aİ) 17-ci anti-Rusiya sanksiyalar paketinə nüvə enerjisini daxil etməyi tələb edir, lakin Macarıstan buna yol verməyəcək. "Report"...
