Amerikalı milyarderdən Harrisin məğlubiyyətinə qeyri-adi REAKSİYA
Amerikalı milyarder Devid Saks ölkədə keçirilən prezident seçkilərində məğlub olan Kamala Harris barədə sərt fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, amerikalı iş adamı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda Saks qeyd edib ki, Harris məğlubiyyəti qəbul etmək üçün çıxışını bir gün gecikdirməklə böyük bir səhv edib: "Sabah artıq dünənin xəbərinə çevriləcək. Yəni heç kim onu dinləməyəcək".
Qeyd edək ki, Harris öz çıxışını 6 oktyabr gecəsi tərəfdarları qarşısında etməyi düşünmür. Bu qərar Saksın fikrincə, onu ictimaiyyətin diqqətindən daha çox uzaqlaşdırır.
Harris tərəfdarlarının rəylərinə görə, onun İsrailin Qəzza siyasətinə verdiyi dəstək seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən biridir. Amerikalı siyasi ekspert Steyn hesab edir ki, İsrailə silah embarqosunun tətbiqi Harisə seçkilərdə kömək ola bilərdi.
Onun sözlərinə görə, ABŞ-nin digər ölkələrə silah yardımı siyasəti çoxlu resurs tələb edir və zorakılıq ixracı kimi qəbul edilir.
Oxşar xəbərlər
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər. "Report" xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb. Hadisə Sarıy...