Amerikada bu şərtləri ödəyənlərə yaşamaq icazəsi və vətəndaşlıq yolu açılacaq

ABŞ Prezidenti Donald Tramp ölkədə iş yerləri yaradacaq xarici investorlar üçün 5 milyon dollar qarşılığında "qızıl kart" satacaqlarını açıqlayıb. Bu kart sahibinə yaşamaq icazəsi və vətəndaşlığa keçid imkanı verəcək.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Tramp imzaladığı fərmanlardan sonra verdiyi açıqlamada bildirib ki, yeni proqram çərçivəsində varlı şəxslər ABŞ-də sərmayə qoyaraq yaşayış icazəsi və gələcəkdə vətəndaşlıq əldə edə biləcəklər.
"O, təxminən 5 milyon dollar dəyərində olacaq və sahibinə "yaşıl kart" imtiyazları təqdim edəcək. Eyni zamanda, vətəndaşlığa keçid üçün bir yol açacaq", – deyə Tramp vurğulayıb.
ABŞ lideri varlı investorların bu kartı alaraq ölkəyə gələcəyini, burada böyük məbləğlər xərcləyəcəyini, yüksək vergi ödəyəcəyini və yeni iş yerləri yaradacağını bildirib. Tramp proqramın detallarının yaxın iki həftə ərzində açıqlanacağını əlavə edib.
Oxşar xəbərlər
Məşhur teleaparıcı doğuşa saatlar qalmış xərçəng olduğunu öyrəndi
Məşhur amerikalı teleaparıcı Kat Timpf İnstaqramda süd vəzi xərçəngi ilə mübarizə apardığını elan edib. BAKU.WS xəbər verir ki, aparıcıya doğuşdan bir neçə saat...
