Almaniya Ukraynaya yeni HHM sistemləri verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Almaniya istehsalı olan "IRIS-T" hava hücumundan müdafiə sistemlərindən 18 ədəd sifariş edib və gələcəkdə bu alışın artırılması imkanını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "Diehl Defence" şirkətinin sözügedən sistemlərin istehsalçısının rəhbəri Helmut Rauha bildirib.
O, Berlində keçirilən "Handelsblatt" konfransında çıxışı zamanı deyib ki, hazırda Ukraynada doqquz "IRIS-T" qurğusu artıq istifadədədir.
Onun sözlərinə görə, şirkət 2026-cı ildə "IRIS-T SLS" və "IRIS-T SLM" tipli 10 zenit-raket kompleksi istehsal etməyi planlaşdırır. Bu sistemlərdən dördü Bundesver (Almaniya Silahlı Qüvvələri) üçün nəzərdə tutulub. Eyni zamanda, "Diehl Defence" iki il ərzində illik istehsal həcmini 16 vahidə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, 22 yanvar tarixində Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumundan qayıdan Ukrayna nümayəndə heyətinin hava hücumundan müdafiə vasitələrinin yeni tədarükü ilə bağlı razılaşmalar əldə etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...