Almaniya hava limanında dron insidenti ilə bağlı yeni detallar üzə çıxdı

Almaniya hava limanında dron insidenti ilə bağlı yeni detallar üzə çıxdı
Dünya 6

Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı maddə daşıyan dronun aşkarlanması ilə bağlı araşdırmada yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, istintaq hadisədə ən azı iki pilotsuz uçuş aparatının iştirak etdiyini ehtimal edir.

Məlumata görə, ikinci dron partlayıcı daşıyan aparatı müşayiət edib və görüntüləri onu idarə edən şəxslərə ötürüb. Həmçinin həmin dronun idarəetmə siqnallarını və görüntüləri real vaxtda ötürən vasitə kimi istifadə edildiyi bildirilir.

İkinci dronun hələlik tapılmadığı qeyd olunur.

Daha əvvəl Rusiya səfirliyi hadisəni "təxribat" adlandıraraq bunun Ukraynanın və Avropadakı hərbi mövqedə olan siyasi qüvvələrin maraqlarına xidmət etdiyini iddia etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər