Almaniya generalı: Rusiya Baltikyanı ölkələrə hücum etsə, cavab veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Baltikyanı ölkələrə hərbi müdaxilə edəcəyi halda Almaniya strateji hədəflərə zərbə endirməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Holger Neumann "The Telegraph" qəzetinə müsahibəsində danışıb.
General bildirib ki, Almaniya ordusu istənilən vaxt döyüş əməliyyatlarına başlamaq üçün hazırlıqlı vəziyyətdədir. Onun sözlərinə görə, Rusiya Baltikyanı ölkələrdən birinə hücum edərsə, bu, NATO tərəfindən Almaniya və ya Böyük Britaniyaya qarşı hücum kimi qiymətləndiriləcək.
Neumann vurğulayıb ki, belə bir ssenaridə Almaniya Rusiyanın Kalininqrad vilayəti və Sankt-Peterburq istiqamətində hərbi zərbələr endirməyi istisna etmir.
O, NATO-nun kollektiv müdafiə prinsiplərinin qüvvədə olduğunu xatırladaraq, alyansın üzv dövlətlərindən birinə qarşı istənilən hücumun bütün üzvlərə qarşı hücum hesab ediləcəyini qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...